Sınaq imtahanlarının nəticələri açıqlandı

img

13-06-2017 [15:40]


Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də keçirilmiş sınaq imtahanının nəticələrini iyunun 13-də saat 12:35-dən etibarən elan edib.

Mia.az xəbər verir ki, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 15274 abituriyentdən 350 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün4abituriyentin imtahan nəticələri ləğv edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR