Tibb Universitetinin tələbəsi pəncərə silərkən yıxıldı - Faciə

img

13-06-2017 [12:14]


Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Mia.az "Report"a istinadən xəbər verir ki, Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silən zaman 4-cü mərtəbədən yerə yıxılıb.

Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə nişanlı idi.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Pəncərə silərkən 4-cü mərtəbədən yıxılan qızın fotosu

Digər xəbərlər
SON XƏBƏRLƏR