Bu gecə bəzi yerlərdə leysan yağıb, dolu düşüb - Çaylarda su qalxıb

img

13-06-2017 [11:01]


İyunun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib,  şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Bildirilib ki, yağan leysan yağış nəticəsində Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi artıb:

"İyunun 12-də axşam saatlarında Kirəndə (Tovuz) dolu düşüb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-3, Böyük Qafqazda 2-16, bəzi yerlərdə 17-50, Qazax-Gəncə zonasında 2-21, Kiçik Qafqazda 4-7, Mərkəzi-Aran rayonlarında 1-8 mm təşkil edib".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR