Əlillər, veteran və şəhid ailələri üçün yeni qərargah istifadəyə verildi - Nəsimidə

img

12-06-2017 [19:11]


15 iyun – Qurtuluş günü münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilir. Rayonun idarə, müəssisə və təşkilatlarında, ali və orta ümumtəhsil məktəblərində Qurtuluş günü münasibətilə görüşlər, dəyirmi masalar, konfranslar, idman yarışları təşkil edilir. 

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində iyun ayının 12-də Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai BirliyininNəsimi rayon Təşkilatının yeni qərargahıistifadəyə verilimişdir.Qərargahda hər cür şərait yaradılıb.Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai BirliyininNəsimi rayon Təşkilatının yeni qərargahının açılışında Nəsimirayon İcra Hakimiyyətinin BaşçısıAsif Əsgərovbildirdi ki,ulu öndər Heydər Əliyevinsiyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev müharibə veteranları və şəhid ailələrinədiqqət və qayğıyla yanaşır. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.Azərbaycanın Respublikasının Birinci vitse-prezidentiMehriban Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan vətəndaşların, xüsusi ilə veteranların, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir. Vurğulandı ki, əlillərinmənzil və məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritetlərindən biridir.Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai BirliyininNəsimi rayon Təşkilatının sədri Azər Quliyevbu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlər barədə məlumat verdi. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.





Digər xəbərlər
SON XƏBƏRLƏR