12-06-2017 [20:07]
"Polisə müraciət etdik və bizi MTK əməkdaşları ilə razılaşma üçün görüşə dəvət etdilər. 20 dəqiqə sonra geri qayıdanda artıq evimiz tamam uçurulmuşdu”.
Bu sözləri Səbail rayonu, Xanlar küç. 59 ünvanında yaşayan vətəndaş Kagina Tatyana "Qafqazinfo”ya şikayəti zamanı deyib.
O bildirib ki, evin sökülməsi ilə bağlı bir neçə dəfə Mahal MTK əməkdaşları ilə görüşsələr də, hər hansı bir razılıq əldə olunmayıb. Nəticədə onlar icazəsiz olaraq sakinin evini söküb: "Sənədlərim, mülkiyyətimə dair hər şeyim var. Bu sadəcə özbaşınalıqdır. Biz kömək üçün polisə müraciət edirik, polis isə MTK ilə əlbir olub bizi evsiz qoyur. Evimiz söküldükdən sonra bizi görüşə dəvət edirlər ki, razılaşma əldə olsun”.
Şikayətçinin vəkili Azər Rəhimov bildirib ki, məsələylə bağlı Daxili İşlər Nazirliyinə, Prakrorluğa müraciət ediləcək:
"Fakt odur ki, vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənədi, çıxarışları, digər bütün sənədləri qaydasındadır. Kompensasiya ilə bağlı danışıqlar getdiyi ərəfədə razılıq alınmadan əvvəlcə işıqlar söndürülmüşdü, sonra da ev icazəsiz uçurdulub. Hazırda ödəniləcək pulla bağlı heç nə deyilmir. Sadəcə olaraq bir dəfə sökəndən sonra MTK nümayəndələri zəng vurub ki, gəlin müqavilə bağlayaq. Söküntü dövlət tərəfindən həyata keçirilsə də, yenə razılıq alınmalıdır. Prezidentin də xüsusi tapşırığı var ki, söküntü işləri vətəndaşların mənafeyi nəzərə alınmaqla aparılmalıdır. Ancaq burada hansısa yolla polisi də cəlb ediblər. Vətəndaş hüquqlarının müdafiəsi üçün polisə müraciət edir, ancaq polisin əli ilə evdən çıxarılır və mənzil sökülür. Ciddi məsələdir və bununla bağlı Daxili İşlər Nazirliyinə, prokrorluğa müraciət edəcəyik”.
"Qafqazinfo”nun əməkdaşı məsələylə bağlı "Mahal” MTK ilə əlaqə saxlayıb.
MTK-nın icraçı direktoru Mahal Güləliyev bildirib ki, ətrafdakı 40 ailə ilə razılıq əldə olunsa da, 59 ünvanında yaşayan ailə 3 mənzil verilmədiyi təqdirdə evdən çıxmayacaqlarını deyib: "Evin sahəsi 53 kv/m-dir və onlar bizdən hər kvadrata 4000 manat pul tələb edirlər. Evdə 3 qız, bir ana yaşayır. Tələb edirlər ki, hər qıza bir ev verilməlidir. Sahə müvvəkkili, inspektor, bölmə əməkdaşları ilə birlikdə evə baxış keçirilib. Evdə bir şey qalmayıb, hamısı sökülüb aparılıb. Akt tərtib olunub, həmin yerdə biz onlara tam təmirli 82 kv/m-lik bir mənzil təklif etmişik. Ancaq onlar yenə də 3 ev tələb edirlər. Artıq işıq, su kəsilib və hər hansı bir hadisə olsa, şirkət cavabdehdir. Sakinlər bütün istəklərini MTK vasitəsilə həll etməyə çalışırlar”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb