Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi yenilənib - Açıqlama + FOTO

img

12-06-2017 [12:29]


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin internet səhifəsi yenilənib.

Bu barədə Mia.az-a komitənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni səhifədə müasir dövrün əsas texnoloji üstünlükləri nəzərə alınmaqla təkmilləşdirmə işləri aparılıb, o cümlədən səhifənin görünüşü tamamilə dəyişdirilərək müasir standartlara, kompüter və mobil avadanlıqların ekran ölçülərinə tam uyğunlaşdırılıb:

"Bununla yanaşı, səhifədəki bütün məlumatların kompüter və mobil avadanlıq istifadəçiləri üçün əlçatanlığı təmin edilib".

Qeyd edək ki, Dövlət Statistika Komitənin internet səhifəsi informasiya tutumu baxımından zəngin olmaqla yanaşı, ölkənin dövlət orqanlarının internet saytları arasında ən çox müraciət olunan səhifələrdən biridir. Hər gün bu səhifəyə orta hesabla 3 min istifadəçi daxil olur. Ümumilikdə 2016-cı ildə səhifədən 2.0, 2017-ci il yanvarın 1-dən bu günə qədər isə 1.5 milyondan artıq istifadəçi yararlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub