Natiq Əliyevin cənazəsi Bakıya gətirilib - YENİLƏNİR

img

10-06-2017 [09:41]


İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi Bakıya gətirilib.

Cənazəni gətirən təyyarə bu dəqiqələrdə eniş edib. N. Əliyevlə bu gün vida mərasimi keçiriləcək, o, Fəxri xiyabanda torpağa tapşırılacaq(APA).

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR