“Yeniyetmələrdə sağlam həyat tərzinin formalaşdırılmasında ictimai fəallığın artırılması” təlimləri yekunlaşdı

img

09-06-2017 [17:58]


Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi (DMDTİB) Bakı şəhəri, Xətai rayonu, Zakir Əhmədov adına 64 saylı tam orta məktəbdə "Yeniyetmə gənclərdə sağlam həyat tərzinin formalaşdırılmasında ictimai fəallığın artırılması” mövzusunda sonuncu təlimini keçirdi. 

Təlim şagirdlərə ictimai birliyin bu günə kimi gördüyü işlərlə bağlı hazırlanmış videoçarxın nümayişi ilə başladı. Uşaqların salamlanması ilə start verilən təlimdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Çıxış üçün ictimai birliyin sədri Əli Cəfərova verildi. O bir daha bu cür səmərili işin təşkilinə şərait yaratdığına görə Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının sədri, millət vəkli Azay Quliyevə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə xüsusi təşəkkürünü bildirdi. İB sədri əlavə olaraq qeyd etdi ki, bizim əsas məqsədimiz təlim iştirakçılarını yeniyetmələrə sağlam həyat tərzini təbliğ edən təbliğatçıya çevirməkdir. "Biz artıq təlimlərimizi yekunlaşdırırıq və uğurlarımız göz önündədir. Artıq sizlər mövzunun mahiyyətini başa düşür və fikirlərinizi sərbəst ifadə edə bilirsiniz. Bizim əsas məqsədimiz yeniyetmə gənclər arasında sağlam həyat tərzini təbliğ etməklə yanaşı, məhz sizləri sağlam həyat tərzinin təbliğatçısına çevirməkdir” – deyə qeyd edən Ə.Cəfərov sonra layihənin məqsədinin detallarına toxunaraq əlavə etdi ki, "əsas hədəflərimiz gəncləri pis vərdişlərdən qorumaqdır. Piş vərdişlər fərdin və xalqın təkcə fiziki sağlamlığını əlindən almır, eyni zamanda insanların zəkasına, təfəkkürünə, əqidəsinə və əxlaqına mənfi təsir göstərir. Piş vərdislərin daşıyıcısı olan fərd nəfsin və tamahın müti quludur”. Daha sonra Əli müəllim bildirdi ki, biz inanırıq ki, sizlər həm orta məktəb illərində, həm də vətəndaş cəmiyyətinə inteqrasiya olanda bizim sizə verdiyimiz bilgilərdən səmərəli istifadə edərək cəmiyyətimizin mənən saflaşmasında əsas söz sahibinə çevriləcəksiniz. Eyni zamanda ərtafınızda baş verən pis əməllərə biganə qalmayacaqsınız. Sonra Əli müəllim bildirdi ki, bu gün sizin bilgilərinizi və eləcədə mövzunu necə mənimsədiyinizi müəyyən etmək məqsədilə disput keçirəcəyik. Söz təlimçiyə verildi. Təlimçi bildirdi ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində sinifdənxaric işlərin rolu əvəzolunmazdır. Sinifdənxaric işlər düzgün təşkil edildikdə şagirdlərdə əxlaqi dəyərlər formalaşır və onların dünyagörüşləri artır: Ona görə də istəyirik ki, bizim yeniyetmələr hər şeydən öncə doğru danışmaq vərdişlərinə yiyələnsinlər. Verdikləri sözə əməl etməyi prinsip olaraq qəbul etsinlər. Milli-mənəvi, əxlaqi dəyərlərimizə söykənərək hərəkət etsinlər. Daha sonra təlimçi mövzu ilə əlaqədər şagirdlərin mövzunu necə mənimsəmələrini dəqiqləşdirmək məqsədilə suallar verdi. "Təbiəti niyə qorumalıyıq?”, "Sanitar-gigeynik qaydalara niyə əməl etməliyik?”, "Özünəxidmət qaydalarını kim sadalaya bilər?”, "Sağlam həyat tərzi nədir?”,”Pis vərdişlər deyəndə nə başa düşürsünüz”,” Yeniyetmələrin hansı hərəkətləri pis vərdişlər adlanır”, ”Ağaclar niyə təbiyyətin ağciyəri hesab olunur?”, "Təbiəti qorumağın əxlaqla, mənəviyyatla olduğunu söyləyirlər, sizin buna münasibətiniz necədir” " İnsan sağlam olması üçün hansı vərdişlərə sahib olmalıdır” – kimi suallara cavab zamanı fəallıq göstərən şagirdlər təlimin tam mənası ilə mənimsənildiyini dolğun cavabları ilə təsdiq etdilər. 

Təlim zamanı təlimçi şagirdləri davranış qaydaları haqqında da məlumatlandırdı. Şagirdlərə sağlam həyat tərzinin formalaşmasında ekologiyanın, düzgün qidalanmanın, sağlam həyat tərzinin xüsusi önəmindən bir daha bəhs etdi. Təlim prosesi zamanı şagirdlərə bir daha təlqin edildi ki, sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillər xüsusilə gündəlik normal iş rejimi, səmərəli qidalanma, idmanla məqsədyönlü məşğul olmalıdır. və s-dir. 

Mövzu ilə əlaqədar aparılan müzakirələrdə şagirdlərdən Nizami, Fidan, Şəfa, Vüqar, Zahir, Şəfa, Pəri, Asim, Sadiq, Xəyalə, Xanım, Kamran, Cəvahir daha fəal iştirak etdilər. Sonda 64 saylı məktəbin direktoru Rafael Mehdiyevin iştirakı ilə şagirdlərə diplom verildi Diplom törənindən sonra məktəbin direktoru Rafael müəllim təlimlərin yeniyetmələrə müsbət təsir edəcəyindən əmin olduğunu vurğulayaraq bu cür təlimlərin davam etdirilməsinin tərəfdarı oldugunu bildirdi və İB-yə öz təşəkkürünü bildirdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR