Mingəçevirdə dəhşətli qətliamın şok - Təfərrüatları

img

09-06-2017 [13:16]


Mingəçevirdə törədilmiş dəhşətli qətliamın təfərrüatları bilinib.

Bu barədə "Sputnik” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir.

Bu məlumatda deyilir ki, Mingəçevir şəhər prokurorluğundakı mənbə qətlin gecə baş verdiyini deyib. Ancaq hadisə barədə hüquq-mühafizə orqanları səhər açılanda xəbər tutub. Qatil-1960-cı ildə anadan olmuş Hüseynov Lazım Ağa oğlu bütün gecəni qətlə yetirdiyi arvadının və iki uşağının qana bulanmış cəsədlərinin yanında keçirib. Saat 09.10-da yerli polis idarəsinə gələrək təslim olub və ailəsini necə qətlə yetirdiyini danışıb.

Əldə olunan məlumata görə qətlin törədilməsi üçün həm odlu silahdan, həm soyuq silahdan istifadə olunub. İlkin dindirmə zamanı Lazım bildirib ki, arvadını qısqanclıq zəminində öldürüb, sonra o, azyaşlı uşaqlarını qəddarcasına qətlə yetirib. Tezliklə hadisə yerindən qətl aləti-"Kalaşnikov” avtomatı aşkar edilib. Məlum olub ki, Hüseynov birinci Qarabağ müharibəsinin veteranıdır, avtomatı da özündə müharibə dövründən saxlayıb. O, etiraf edib ki, əvvəlcə arvadını "Kalaşnikov”la güllələyib, sonra uşaqlarına çoxsaylı bıçaq zərbələri endirib. Qatil bu zaman "affekt vəziyyətində olduğunu” deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR