ADR -in qeydiyyatı ilə bağlı məhkəmə iddiası təmin edilməyib

img

09-06-2017 [00:54]


1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ədliyyə Nazirliyinə qarşı dövlət qeydiyyatından imtinaya görə qaldırdığı iddiaya baxılıb.

Mia.az xəbər verir ki, hərəkatın sədri Qubad İbadoğlunun bildirdiyinə görə, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının qeydiyata alınması ilə bağlı qaldırdıqları iddaya məhkəmə tərəfindən baxılmayıb.

"Bu gün, 8 iyun 2017-ci ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ədliyyə Nazirliyinə qarşı dövlət qeydiyyatından qanunsuz və əsassız olaraq imtinaya görə qaldırdığı iddiaya baxılıb. Hakim Əsədova Tahirə Əlif qızı ADR Hərəkatının təsisçilərinin təşkilatın dövlət qeydiyyatına alınmasına dair iddiasını təmin etməyib.

Əslində Hakim Əsədova Tahirə Əlif qızı bu qərarı ilə Azərbaycanın məhkəmə tarixində daha bir qanunsuzluğa və ədalətsizliyə imza atıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində bu iş üzrə sonuncu iclasda hakim qanunların aliliyini müdafiə etməyərək, siyasi sifariş əsasıda qərar çıxarıb. Heç şübhəsiz ki, bu qərarın ömrü həmin işin Avropa məhkəməsində baxılması tarixinə qədər olacaq.

Onsuz da Azərbaycanın bu və digər iki (apelyasiya və ali) məhkəməsində də ədalətli qərar gözləməyən ADR-in yaradıcılarının əsas məqsədi bu işi Avropa məhkəməsinə çıxarmaq və haqqlarının bərpasına orda nail olmaqdan ibarətdir. Çox təəssüf ki, yüz minlərlə iddiaçılar kimi biz də Azərbaycan məhkəmə sistemindən qanuna söykənən düzgün qərar qərar ala bilmirik. Beləliklə də, nəinki qanunun, həm də hüququn aliliyinin təmin olunmadığı Azərbaycanda heç bir islahatdan və tərəqqidən danışmağa dəymir. Məhkəmə sistemi islah olunmayınca, onun mütəqilliyi təmin edilməyincə, icra hakimiyyətindən asılılığı aradan qaldırılmayınca Azərbaycanda nə dövlət inkişaf edəcək, nə də ki, ədalətli cəmiyyət qurulmayacaq. Ölkəyə nə sağlam investor, nə də təmiz sərmayə gəlməyəcək".



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub