Xəyanətkarlar barədə hüquq-mühafizə orqanlarına məlumat verəcəm - Partiya sədri

img

08-06-2017 [20:37]


Bəzi ermənipərəst dairələr Gürcüstanda bir sıra Azərbaycan jurnalist və siyasətçilərini ələ alıb.

Bunu CNNBaku-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, Gürcüstanda həbs olunan şəxslərlə bağlı məsələni siyasiləşdirməyə ehtiyac yoxdur:

"Baş verənlər çox yerində olan addımlardı. Bunu siyasiləşdirməyə dəyməz. Çünki Gürcüstanda soyadını dəyişmiş ermənilər var, onlar ingilis soyadı ilə bizim satqınlarla əlaqəyə girir və Azərbaycana qarşı kampaniya aparırlar. Əfqan Muxtarlı və Gözəl Bayramlı bu şəbəkənin üzvləri idilər. Onların həbs olunması yerində olan addım oldu. Ümumiyyətlə, bu şəbəkənin əsası Milli Şura ilə birgə yaranıb. 2013-cü ildə Milli Şura Tiflisdə Rüstəm İbrahimbəyovun başçılığı ilə elan olunanda qoyuldu bu xəyanətin əsası. Sizə dəqiq faktlarla deyirəm. Gürcüstandan Azərbaycana edilən xəyanətin təşkilatçısı Aslan İsmayılovdur. Bu, vətənə xəyanətdir!

Buna görə də ayıq-sayıq olan hüquq-mühafizə orqanlarımız şəbəkəni aşkar etdi. Hesab edirəm ki, bunların Tiflisdə başqa üzvləri də var. Onlar də müəyyən olunmalı və ölkəyə gətirilməlidir. Mən bu şəbəkənin hazırda Azərbaycanda olan xəyanətkar bir üzvü barədə də yaxınlarda hüquq-mühafizə orqanlarına məlumat verəcəm. Bu adam Azərbaycanda dövlətçiliyimizə qarşı kampaniya aparanların başında dayanıb. Bu qənaətdəyəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları tez bir zamanda bu adam barədə də ciddi ölçü götürməlidir.”


Digər xəbərlər
SON XƏBƏRLƏR