Beşmərtəbəli inzibati binada yanğın - FHN-dən məlumat

img

08-06-2017 [20:11]


Bakının Sabunçu rayonunda fəaliyyət göstərməyən beşmərtəbəli inzibati binada yanğın olub.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın ümumi sahəsi 900 kvadratmetr olan 1-ci mərtəbəsində otaqların döşəməsi 71 kvadratmetr sahədə və 2-ci mərtəbədə yaşayış üçün nəzərdə tutulmuş sahəsi 160 kvadratmetr olan mənzillərin yanar konstruksiyaları 5 kvadratmetr sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR