Bakıda narkotik tərkibli dərmanların açıq satışı - GİZLİ ÇƏKİLİŞ

img

08-06-2017 [12:11]


Tanınmış vəkil Aslan ismayılov Bakı şəhərində yerləşən aptekdə narkotik tərkibli dərmanların açıq şəkildə satışının üstünü açıb. 

O, barədə şəxsi ''facebook'' səhifəsində yayımladığı video müraciətdə bildirirb. Vəkil həmin aptekdə Lirika, Tromodol , Tromol, Siklodol kimi dərmanların reseptsiz satıldığını deyib.

Onun sözlərinə görə, özü həmin aptekin qarşısında dayanaraq gizli çəkiliş aparıb. Yüzlərlə gəncin həmin aptekdən qadağan olunmuş dərmanları aldığının şahidi olub.

A.İsmayılov şahidi olduğu hadisə ilə bağlı Baş prokurorZakir Qaralovvə daxili işlər naziriRamil Usubovamüraciət edib: ''Ola bilsin ki, bu hadisədən sizin xəbəriniz yoxdur. Amma həmin satışdan aptekin yerləşdiyi rayonun prokuror və polis rəislərinin xəbəri var. Tam əminliklə detyirəm ii, həmin aptekin yerləşdiyi ərazinin polis rəisləri və sahə müvəkkillər satışa görə haqq alırlar. Bu işə birbaşa başçılıq edən isə səhiyyə naziri Oqtay Şirəliyevdir. Onlar müxtəlif formada bu satışdan yararlanırlar''.

A.İsmayılovun narkotik tərkibli dərman satışı ilə bağlı çəkdiyi videonu təqdim edirik:

Criminal.az


Digər xəbərlər
SON XƏBƏRLƏR