Ermənilərin Ağdamda işğal olunmuş ərazilərimizdə törətdiyi yanğın genişlənib – FOTOLAR

img

08-06-2017 [11:33]


Ermənistan silahlı qüvvələrinin dünən Ağdamın işğal altında olan Baş Qərvənd kəndində törətdiyi yanğın təmas xəttini keçərək rayonun Çıraqlı kəndinin ərazisinə çatıb.

Mia.az APA-ya istinadən xəbər verir ki, alovun kəndə yayılmasının qarşısı alınsa da, kəndin ətrafında və təmas xəttində olan otlaq sahələri və ağaclar yanıb.

Kənd sakinlərinin bildirdiyinə görə, tüstü qatı və kül təbəqəsi kəndi və əkin sahələrini bürüyüb. Yanğın zamanı yırtıcı heyvanların və ilanların yaşayış məntəqələrinə üz tutması müşahidə olunub.

Yanğın gecə boyu davam edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR