Mehriban Xanlarova OD PÜSKÜRDÜ: “Maşın şou"dakılar üzümüzün abrını tökdü, ayıbdır”

07-06-2017 [12:14]
Əməkdar artist, 2015-ci ildə "Maşın şou”da qalmaqallı açıqlamaları ilə gündəmi bir-birinə vuran, tanınmış aktyor Mehriban Xanlarova sözügedən şou ilə bağlı fikirlərini bölüşüb.

Yenicag.az-a açıqlama verən əməkdar artist "Maşın şou”da baş verənləri görəndə özünə şükür etdiyini bildirib:

"”Maşın şou” ya baxmıram, çünki mənə maraqlı deyil. Hərdən kimsə yanımda danışanda, orda baş verənlərdən xəbərdar oluram. Bu yaxınlarda rayonda idim, televizorda Pərvin Abıyeva ilə Səidə Sultanın bir-birlərinin ünvanına nalayiq söyüşlər söydüyünü gördüm. O saat orda olan insanlar ev yiyəsinə dedilər ki, kanalı dəyişin, üzümüzün abrı töküldü. Ev yiyəsi də mənə dedi ki, vaxt vardı, sən maşın şouda qalmaqal edəndə, hamı deyirdi, həyasızlıq edir, amma bunlara baxanda sənə şükür. Doğrudan da onlara baxanda, özümə şükür edirəm. Mən efirdə söyüş söyülməsinin əleyhinəyəm. Çünki o verilişə milyonlar baxır. Onun da tərəfdarı deyiləm ki, kimsə ordan bəyan edir ki, "maşını qazansam, uşaq evinə bağışlayacam-filan”. Bunu edənsənsə, elə başqa vaxt kreditlə maşın alıb, uşaq evinə bağışlaya bilərsən. Bunun üçün imkanları da var”.

M. Xanlarova bu dəfə də "Maşın şou”ya dəvət aldığını, amma imtina etdiyini bildirib:

"Murad özümə zəng elədi, verilişə çağırdı, razılıq vermədim”. 


SON XƏBƏRLƏR