Bu il Azərbaycanda orta məktəblərdən 84 min şagird məzun olacaq

img

05-06-2017 [13:54]


Bu il Azərbaycanın ümumtəhsil məktəblərini 195 449 şagird bitirəcək.

 

Mia.az xəbər verir ki, Təhsil Nazirliyindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir. 

 

2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir. 

 

Qeyd edək ki, Azərbaycanda cari tədris ili sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. İyunun 14-də orta məktəbi bitirən məzunlar üçün "son zəng” çalınacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR