Saatlıda kanalda batan 10 yaşlı uşağın cəsədi tapıldı - Rəsmi

img

04-06-2017 [17:56]


İyunun 3-də Muğan kanalının Saatlı rayonunun Qaralar kəndi ərazisindən keçən hissəsində 10 yaşlı uşaq batıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb:

"4 iyun 2017-ci il tarixində 2007-ci il təvəllüdlü, Fərəcov Etibar Ramin oğlunun cəsədi, "Salyan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən batdığı yerdən 3 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR