“Real” “Yuventus”u darmadağın etdi - Çempionlar Liqasının qalibi ispan komandası oldu

img

04-06-2017 [00:50]


Bu gün Çempionlar Liqasının final oyununda Uelsin paytaxtı Kardiffdə "Real” "Yuventus”la üz-üz gəlib.

Mia.az xəbər verir ki, ispan komandası oyunun 20-ci dəqiqəsində Ronaldo ilə önə çıxıb. Bu qoldan  7 dəqiqə sonra "Yuventus" Manzukiçin möhtəşəm qolu ilə bərabərliyi təmin etsə də, ikinci hissədə yenə qapısını qoruya bilməyib. 

Belə ki, "Real Madrid" qarşılaşmanın 61-ci dəqiqəsində Kasemiro, 64-cü dəqiqədə Ronaldonun qolları ilə hesabı 3-1-ə çatdırıb. 

"Real" hesaba Asensionun qolu ilə nöqtə qoyub - 4-1. 

Bununla da "Real Madrid" Çempionlar Liqasının qalibi adını darmadağınla qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR