Ana dilimizi rus sözlərindən təmizləyək!

img

04-06-2017 [00:09]


Biz Azərbaycan türklərinin vətənimizdə yaşayan etnik azlıqların öz dillərində danışmasıyla işimiz yoxdur. Çünki, Azərbaycan Tolerant bir ölkə kimi tanınır.

Amma narahatedici bir məsələ vardır ki, qanında Türk qanı olan bir şəxs buna qarşı biganə qala bilməz. Dilimizdə yaranmış yadelli sözlər təbii ki, işğallardan, müstəmləkə əsarətindən sonra özünəməxsus yer tutaraq populyarlıq qazanmış problemlərdir. Realda və televizorda gördüyümüz vətəndaşlar azərbaycanlı ola-ola rus dilində danışırlar. Bu onların özlərini ictimaiyyətə göstərməsindən irəli gəlir, yoxsa öz dillərinə qarşı biganəliklərindən, daha bunu biz bilmirik. Götürək, XIX əsrdən. Görün, Rusiya çarlığı dönəmində Azərbaycan xalqı nə gündə imiş ki, heç öz əlifbası da yox imiş və fars-ərəb qrammatikasından başqa heç nə bilmirmiş, yazışmaları və danışıq tərzlərindəki bəzi ləhcələri də məhz bu iki dildə olmuşdur. Allah Mirzə Fətəli Axundzadəyə və Cəlil Məmmədquluzadəyə rəhmət etsin ki, Azərbaycanın bu cür qeyrətli oğulları belə xoşagəlməz səhnəyə qarşı etinassız yanaşmayıb böyük bir fədakarlıq göstərərək, xalqımıza məxsus bir hərif toplusu olsun deyənə, çox zəhmət çəkmişdirlər. Amma onlardan sonra gələnlər nə etdilər, onların əcdadları, özləri və xələfləri üçün çəkdikləri əziyyəti, zəhməti hədərə verdilər, demək olar ki, tapdaladılar!Baxırsan ki, azərbaycanlıdır, amma öz vətənində öz soydaşı ilə rus dilində danışır. Sizcə, bu hansı çərçivəyə, hansı kitaba sığır?

Məgər, biz istəsək də, istəməsək də, özümüzdən asılı olmayaraq işlətdiyimiz"Уже”sözünü "Artıq” sözü ilə, "Просто” sözünü "Sadəcə” sözü ilə, "Давление” sözünü "Təzyiq” sözü ilə, "Конечно”sözünü "Əlbəttə” sözü ilə, "Так”sözünü "Belə” sözü ilə, "Прямые” sözünü "Birbaşa” sözü ilə, "Давай” sözünü "Gəl” sözü ilə əvəz etsək, nə eybi olar? Özümüz özümüzü rusun təsiri altına salmışıq, başqasında günah axtarmaq axmaqlıdır. Fərqi yoxdur, istəyir rus olsun, istəyir ingilis, ölkəmizdə özlərinə şirkət və ya başqa bir gehiş, əhatəli və cəlbedici bir biznes qurandada bizdən tələb edir ki, gərək, onlarla elə onların dilində danışaq. Əgər onlar bizim ölkəmizdə biznesmen fəaliyyət göstərirlərsə, gərəkdir ki, onlar bizim dildə danışsın, daha biz onların dilində yox. Bu onu göstərir ki, biz vətənimizdə məhkum kimiyik. Biz xalqın doğma dili uğrunda böyük əziyyətlər hesabına can qoyaraq bu Dünyadan getmiş şəxsiyyətlərin çürümüş sümüklərini sızladıb, özümüzə lənət götürməməliyik, əksinə öz milli-mədəni və milli-mənəvi islahatlarımızla onların ruhunu şad və xürrəm etməliyik!

Ərtoğrul Mehdizadə



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR