Müxalifət funksioneri Ramil Usubova müraciət etdi

img

03-06-2017 [16:44]


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri, tanınmış siyasətçi Əli Orucov daxili işlər naziri Ramil Usubova media vasitəsilə müraciət edib.

Məlumata görə, müraciətə səbəb polislərin hərəkətidir.

Mia.az Ə.Orucovun R.Usubova müraciətini olduğu kimi təqdim edir:

"Bu gün saat 12:53-də Suraxanı RPİ, 31-ci Polis Bölməsinin özünü cinayət-axtarışdan polis mayoru Rauf Məmmədov kimi təqdim edən şəxs 077 306 63 33 mobil telefon nömrəsindən mənə zəng edərək yarım saat ərzində, heç bir səbəb demədən bölməyə gəlməyimi tələb etdi. Əks təqdirdə zorla gətirəcəklərini söylədi. Amma sonra məlum oldu ki, həmin polis mayoru məndən əvvəl 13 yaşlı oğluma zəng edib, mənim telefon nömrəmi ondan alıb və onu narahat edib, qorxudub”.

Ə.Orucov qeyd edib ki, nə özünün, nə də uşaqlarının həmin əraziyə heç bir aidiyyatı yoxdur: "Maraqlıdır ki, həmin polis mayoru azyaşlı oğlumun mobil telefon nömrəsini hardan, necə əldə edib və mənim telefon nömrəmi niyə ondan soruşur, onu narahat edir? Bunu mən özümə və ailəmə təzyiq kimi qiymətləndirirəm və müvafiq qurumlardan bu özbaşınalığa aydınlıq gətirilməsini tələb edirəm.

Cənab nazir Ramil Usubovdan da xahişim ondan ibarətdir ki, mənim və ailə üzvlərimin qanunsuz olaraq hüquq-mühafizə orqanları tərəfindən təqibinə son qoyulsun”.



Digər xəbərlər
SON XƏBƏRLƏR