Bakı-Şamaxı yolunda vəziyyət pisləşib - Rəsmi

img

02-06-2017 [20:02]


Bakı – Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliklərindəki sürüşmə sahəsi aktivləşib.

Mia.az xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.
O bildirib ki, atmosfer yağıntıları nəticəsində Şamaxının Birinci Çaylı kəndində yeni sürüşmə sahəsi əmələ gəlib.
S. Əmiraslanov qeyd edib ki, Şamaxının Ağsu çayının sağ sahilində yerləşən Keçmədin kəndində eni 20 – 22 metr, hündürlüyü 8 – 12 metr arasında olan bir sahəni isə sel yuyub aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR