İlham Əliyev yerində olmayan məmurlardan yaxa qurtarır - Partiya sədri

img

02-06-2017 [16:33]


"Ölkədə İqtisadi islahatlarla bərabər kadr islahatları da davam edir.”

Bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, İlham Əliyev yerində olmayan məmurlardan yaxa qurtarır:

"Prezident özü xalqın yanındadır, istəyir ki, xalqla işləyəcək məmurlar onun yanında olsun . Şöbə müdirlərinin əksəri prezidentin köməkçisi oldu, bu çox yaxşı haldır. İlham Əliyev yerində olmayan məmurlardan yaxa qurtarır. Bəzi hegemonların işləri artıq çətinləşib. Onlar görməlidir ki, xalqa xidmətdən başqa yol yoxdur. Çünki bunu mənim qardaşım tələb edir. Prezdent axıra qədər bu yolu gedəcək. Onun əsas prinsipi xalqa xidmət etmək olacaq. Kim ki, xəyanət eləsə o, şəxslər dana boyun edilib böyrü üstə qoyulacaqlar. Biz də partiya olaraq bu yolda daha da sərt addımlar atmaqdayıq. Prezidentin ətrafında güclü komanda olmalıdır. Biz Müasir Müsavat Partiyası olaraq cəmiyyət arasında keçirdiyimiz görüşlərdə xalq arasında prezidentə olan dəstəyin şahidi olmuşuq. Buna görə də hər zaman İlham Əliyevi islahatlara səsləmişik. Göründüyü kimi qardaşım islahatlarına davam etməkdədir. Hesab edirəm ki, bu islahatlar bundan sonra da davam edəcək və yerində olmayan bütün məmurlar işlərindən azad olunacaq.”



Digər xəbərlər
SON XƏBƏRLƏR