Kooperasiyanın inkişaf etdirilməsiregionlarda təbliğ olunacaq

img

02-06-2017 [15:21]


"Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə "Kooperasiyanın inkişaf etdirilməsi istiqamətində regionlarda təbliğatın təşkili” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olub.

Layihə işi üzrə ilk tədbir iş qrafikinə uyğun olaraq, 24 may 2017-ci il tarixində Ağcabədi rayonunda keçirilmişdir. Layihənin əsas məqsədi fermer təsərrüfatlarının kooperasiya tərkibində, yüksək keyfiyyətli, ixracyönümlü, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi sahəsində fəaliyyətləri gücləndirməklə, ölkənin ərzaq təhlükəsizliyini aradan qaldırılmasına nail olmaqdır.

Tədbir Ağcabədi rayonunun keçmiş Üzeyir Hacıbəyov adına kolxozda keçirildi. Tədbirdə sahibkar xanım Zeyniyeva Sveta, Ruslan Quliyev, Əkbərova Nərminə, fermerlərdən Mikayıl Məhərəmov, Əli Sərdarov, region əlaqələndiricisi "Beyləqan Gənclərin Maarifləndirmə və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev və diğərləri iştirak etdilər.

Tədbiri ilk öncə "Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Elnarə Məhərrəmova açaraq Layihə barədə məlumat verdi. O, öz çıxışında sahibkarlar tərəfindən kooperasiyanın inkişaf etdirilməsi istiqamətində hansı təkliflər irəli sürülərsə, həmin təkliflər əsasında təkliflər pakreti hazırlayıb aidiyyatı orqanlara çatdırılacağını bildirdi.

Sonra Zaur Quliyevkooperasiyanın inkişaf etdirilməsi barədə geniş məlumat verərək, bu istiqamətdə görələcək işlərdən danışdı vəkooperasiyanın inkişaf etdirilməsi və təşkil olunmasını vacib hesab etdi.
Sahibkar xanım Sveta Zeyniyeva da öz təcrübəsindən danışaraq kooperasiyanın inkişaf etdirilməsini məqbul saydı və inkişaf etdirilərsə vətəndaşlar üçün çox faydalı olacağını bildirdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR