Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarının məşğulluğuna dəstək

img

02-06-2017 [15:20]


"Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimaiyi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə "Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları arasında sosial rifah halının yaxşılaşdırılması üçün özünüməşğulluq imkanlarının araşdırılaraq öyrənilməsi” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olubr.

Layihə işi üzrə tədbir iş qrafikinə uyğun olaraq, 25 may 2017-ci il tarixində Ağcabədi rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları və onların ailə üzvləri arasında "Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları arasında sosial rifah halının yaxşılaşdırılması üçün özünüməşğulluq imkanlarının araşdırılaraq öyrənilməsi” mövzusunda ictimai müzakirə keçirildi. 

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Nərminə Əkbərova, Məşğulluq Mərkəzinin nümayəndəsi Məhəmməd Seyidov, YAP Ağcabədi rayon təşkilatının nümayəndəsi I qrup Qarabağ müharibəsi əlili Ramil Nağıyev, II qrup Qarabağ müharibəsi əlillərindən İlqar İsmayılov, Nizaməddin Hacıyev, Rafiq Verdiyev, Qarabağ müharibəsi iştirakçılarından Niyazi İsmayılov, Qalib Ağayev və diğərləri iştirak etdilər.

Tədbiri ilk öncə "Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimaiyi Birliyinin sədri Məmmədhəsən Həsənov açaraq Layihə barədə məlumat verdi. Sonra Qarabağ müharibəsi iştirakçılarının fikirləri və təklifləri dinlənildi. Sonda Məşğulluq Mərkəzinin nümayəndəsi Məhəmməd Seyidov də öz çıxışında özünüməşğulluq imkanları barədə geniş məlumat verərək, mərkəzdə yaradılan kurslardan yararlanmağı təklif etdi və onlara müraciət hər bir şəxsə əlindən gələn köməkliyi göstərməyə hazır olduğunu bildirdi.

Eyni zamanda Layihə çərçivəsində 28 may Respublika günü münasibətilə şəhid gizir Dilsuz Məmmədağa oğlu Qarayevinanım mərasimi məzun olduğu Hindarxı qəs. Qaraş Əliyev adına 3 saylı ümumi orta məktəbdə tədbir keçirildi. Tədbirdə Ağcabədi rayonTəhsil Şöbəsinin nümayəndəsi Ədalət Məmmədov, Baxşeyiş Məmmədov, SHXÇDX-nin Ağcabədi rayon şöbə rəisi baş leytenant Mahir Əkbərov, Hindarxqəs. 3 saylı tam orta məktəbin direktoru Kəmalə Zeynalova, Hindarxqəs. 2 saylı tam orta məktəbin direktoru Elminaz Hüseynova, Hindarxqəs. 1 saylı tam orta məktəbin direktoru Qarayev Qaryağdı, məkəbin müəllim və şagird kollektivi, şəhid gizir Dilsuz Məmmədağa oğlu Qarayevinailə üzvləri, qonaqlardan "Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Alman Abbasov və "Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Elnarə Məhərrəmova iştirak etdilər.

Tədbirdən öncə Qarabağ qaziləri və qəsəbə sakinləri ilə şəhidlər xiyabanı və şəhid gizir Dilsuz Məmmədağa oğlu Qarayevinməzarı ziyarət olundu. Tədbir məktəbdə davam etdirildi. Şagirdlərin hazırladığı şeir və kompaziya maraqla izlənildi, tədbirdə iştirak edən qonaqlar çıxış etdilər.



Digər xəbərlər
SON XƏBƏRLƏR