20 saylı məktəbin şagirdləri ilə bağlı qərar - Dərslər harada keçiriləcək?

img

02-06-2017 [14:49]


Bakıda yenidən tikilən 20 saylı orta məktəbin müəllim və şagirdləri yeni tədris ilindən fəaliyyətlərini həmin məktəbdə davam etdirəcəklər.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, nəinki Bakının, eləcə də Azərbaycanın ən böyük məktəblərindən biri olan 20 nömrəli 4000 şagird yerlik tam orta məktəbin tikintisi başa çatmaq üzrədir:

"Cənab Prezidentin tapşırığına əsasən, bu məktəb əvvəlkindən daha böyük və daha geniş inşa edilib və paytaxtımızın ən yaraşıqlı binalarından biri olacaq. Yeni tədris ilindən bu məktəbdə müəllim və şagirdlər dərsə başlayacaqlar. Məktəbin ən müasir avadanlıqlarla təchiz olunmuş funksional binası tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir. Məktəbin müəllim və şagirdləri yeni tədris ilindən 20 nömrəli tam orta məktəbdə fəaliyyətlərini davam etdirəcəklər. Bunu həm şagirdlər, həm valideynlər, həm də biz səbrsizliklə gözləyirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR