Biləcəridə ”Vergi” olimpiadası

img

01-06-2017 [15:47]


Binəqədi rayonu üzrə ”Vergi” olimpiadası layihəsi çərçivəsində Biləcəri bələdiyyəsi İctimai-humanitar sektorunun təşkilatçılığı ilə Biləcəri qəsəbəsində fəaliyyət göstərən 7 tam orta məktəbin şagirdlərinin iştirakı ilə müsabiqə keçirildi.


27.05.2017 – ci il tarixdə 299 saylı məktəb-liseydə keçirilən müsabiqədə 3 (III-V, VI-VIII, IX-XI siniflər) qrup üzrə təhsil alan şagirdlər vergi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdirdilər.
Müsabiqə xüsusi metodiki vəsait əsasında hazırlanmış testlərdəki sualların cavablandırılması vasitəsilə həyata keçirildi.


Müsabiqədə 298 saylı məktəbin 3a sinif şagirdi Vasif Niftəliyev, 299 saylı məktəbin 8b sinif şagirdi Zeynəb Əmiraslanova və 299 saylı məktəbin 9a sinif şagirdi Cavidan Sevdimli birinci yerə, 300 saylı məktəbin 4a sinif şagirdi Orxan Şıxıyev, 297 saylı məktəbin 8l sinif şagirdi Əsəd Əliyev və 297 saylı məktəbin 9 l sinif şagirdi Zaur Cabbarlı ikinci yerə, 298 saylı məktəbin 3b sinif şagirdi Leyla Hüseynli, 298 saylı məktəbin 8b sinif şagirdi Turə Rəcəbova və 298 saylı məktəbin 10 sinif şagirdi Ayşən Hüseynova üçüncü yerə layiq görüldülər.
Qaliblərə Biləcəri bələdiyyəsi tərəfindən təsis edilmiş diplom , həvəsləndirici sertifikatlar və hədiyyələr təqdim edildi.
Qaliblərə olimpiadanın rayon mərhələsində uğurlar diləyirik!

Binəqədi Rayon Biləcəri Bələdiyyəsi adlı şəxsin şəkli.
Binəqədi Rayon Biləcəri Bələdiyyəsi adlı şəxsin şəkli.
Binəqədi Rayon Biləcəri Bələdiyyəsi adlı şəxsin şəkli.
Binəqədi Rayon Biləcəri Bələdiyyəsi adlı şəxsin şəkli.

Digər xəbərlər
SON XƏBƏRLƏR