ABŞ viza ilə bağlı qaydaları sərtləşdirib - Yeni tələblər

img

01-06-2017 [14:55]


ABŞ ölkəyə səfər etmək istəyən əcnəbilər üçün yeni viza anketlərini hazırlayıb.

 APA-nın "Reuters”ə istinadən verdiyi məlumat görə, söhbət konsulluq əməkdaşlarının tələbi ilə doldurulmalı olan əlavə blankdan gedir.

ABŞ-a getmək istəyən şəxslər son 5 ildə sosial şəbəkələrdə istifadə etdikləri adları, mobil nömrələri və elektron ünvanlarını qeyd etməlidirlər. Həmçinin ABŞ-a getmək istəyən şəxslərdən son 15 il üçün bioqrafik məlumatlar, o cümlədən yaşadığı ünvan və səfər etdiyi ölkələrin adları tələb olunacaq.
 
Yeni tədbirlərin turistlərin yoxlanması prosesinin gücləndirilməsi istiqamətində atılan addımların bir hissəsi olduğu bildirilir. Yeni blank mayın 23-də təsdiqlənib.



Digər xəbərlər
SON XƏBƏRLƏR