Parlament büdcə layihəsini qəbul etdi

img

31-05-2017 [13:57]


Milli Məclisin bugünkü plenar iclasında "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə edilib.

Millət vəkilləri "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatla öz münasibətlərini bildiriblər.

Maliyyə naziri Samir Şərifov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında 2016-cı ildə mühüm sosial vəzifələr icra olunub. "İqtisadiyyatın yeni reallıqlara adaptasiya baş verib", - deyə nazir qeyd edib.

Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat səsə qoyularaq qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR