Etno turizmlə bağlı layihə həyata keçirilib

img

31-05-2017 [11:33]


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qusar və Quba rayonlarında "Etno turizmin inkişafı, etno turizm klasterlərinin yaradılması üzrə maarifləndirmə fəaliyyətinin təşkili” adlı layihə həyata keçirilib.

Layihənin məqsədi regionlarda turizmlə məşğul olan insanlar, yerli turizm mütəxəssisləri, bələdiyyələr, sahibkarlar arasında etno turizmlə bağlı maarifləndirmə fəaliyyətinin təşkili, etno turizm klasterləri ilə bağlı xarici təcrübələri, regionun etnoturizm potensialının araşdırılması və obyektiv qiymətləndirmənin həyata keçirilməsini özündə əks etdirən bilik və informasiyaların çatdırılması, etno turizm sahəsinin yerli və xarici ictimaiyyətə yönələn elektron təbliğatının təşkili işinin müzakirəsidir.

Yerli turizm müəssisələrinin nümayəndələrinin, bələdiyyə və icra qurumlarının, sahibkarların iştirakı ilə etno turizmlə bağlı maarifləndirici seminarların təşkili, etno turizm klasterlərinin yaradılması təcrübələrini əks etdirən prezentasiyaların keçirilməsi və yerli etno turizm potensialının rellaşdırılması, etnoturizmin inkişafı ilə bağlı regional planın və layihələrin hazırlanması ilə əlaqədar müzakirələrin aparılması, regionun etno turizm potensialının araşdırılması və obyektiv qiymətləndirmənin həyata keçirilməsi üçün yerli mütəxəssislərlə müzakirələrin aparılması, regionlarda etno turizmlə məşğul olacaq kontingentin formalaşdırılması layihənin əsas vəzifələrinə daxildir.

Layihə Qusar və Quba rayonlarında seminarların keçirilməsi yolu ilə tədbirlər Qusar və Quba rayonunda həyata keçirilmişdir. Tədbirlərdə turizm fəaliyyətilə məşğul olan insanlar, yerli turizm mütəxəssisləri olmaqla ümumilikdə hər rayondan 100 nəfər rayon sakini iştirak etmişdir.

Turizmin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaq və etno turizmin daha rəqabətədavamlı və cəlbediciliyini artırmaq üçün yerli mədəniyyət və turizm idarələri mütəxəssisləri, bələdiyyələr, yerli sahibkarlar, turizm müəssisələri nümayəndələri arasında maarifləndirmə işi aparılmış, regionun etnoturizm potensialının araşdırılması və obyektiv qiymətləndirmənin həyata keçirilməsi üçün yerli mütəxəssislərə bilik və informasiyaların çatdırılması, etno turizm klasterləri ilə bağlı xarici təcrübələri özündə əks etdirən prezentasiyaların keçirilməsi və yerli etno turizm potensialının, etno turizm sahəsinin yerli və xarici icyimaiyyətə yönələn elektron təbliğatının təşkili məsələləri müzakirə edilmişdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR