Putin və Ərdoğan telefonla danışdırlar - Səbəb

img

27-05-2017 [23:35]


Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Prezidentlər iki ölənin strateji tərəfdaşlığının daha da dərinləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyiblər. Bu kontekstdə ticarət-iqtisadi sahədə məhdudiyyətlərin götürülməsinə dair razılaşmaların icrası və energetika sahəsindəki "Akkuyu” AES və "Türk axını” qaz borusunun tikintisinə dair birgə iri layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Ölkə liderləri Suriyada deeskalasiya zonalarının yaradılması haqqında Memorandumun tezliklə icrasının vacibliyini qeyd ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR