"Milli hökumətimizə iki dəfə xəyanət olub, biri Rəsulzadəyə, digəri isə Elçibəyə"

img

27-05-2017 [17:58]


"Hər il 28 may bayramında ölkə başçısının xüsusi fərman imzalanması artıq ənənə halına gəlib. İlham Əliyev bununla keçmişimizə nə dərəcədə dəyər verdiyini göstərir.”

Bunu moderator -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, onların partiyası sabah 28 may münasibəti ilə Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsini ziyarət edəcəklər.
"Bu gün ölkəmizin qurulmasında əməyi olmuş insanlara böyük qayğı var. Biz də bundan istifadə edib gedib Rəsulzadənin qəbrini ziyarət edəcəyik. Buna ən çox Rəsulzadə ideyalarının davamçısı olan Müasir Müsavat Partiyasının haqqı var. Bu günə qədər İsa Qəmbər, Arif Hacılı əllərində olan media resursları, funksionerlərindən istifadə edib özlərini təbliğ edirdilər. Amma sosial şəbəkələr yarandıqdan sonra insanların bizim də fikirlərimizi dinləməyə imkanı oldu. Bu gün biz artıq milyonlarla insana öz sözümüzü deməyə başlamışıq. Hamı deyir ki, tərəfdarları Müsavat Partiyasından öz döndərib. Əlbəttə, döndərəcəklər. Xalq həqiqiəti gördü və gerçək Müsavat ideyalarının davamçısı kimi Hafiz Hacıyevə dəstək verməyə başladı. Azərbaycan milli hökumətinə iki dəfə xəyanət olub, biri Rəsulzadəyə, digəri isə Elçibəyə. Elçibəy hakimiyyəti dövründə İsa Qəmbər ikitirəlik edib hakimiyyətin çökməsinə səbəb oldu. Rəsulzadə heç vaxt ölkəyə xəyanət etməyib. İsa Qəmbərlə Arif Hacıılı isə daim xəyanətkarlıq ediblər. Millət də artıq ayıqdı, bütün bunları görür. Onlar son illər dövlətçilik üçün böyük işlər görən, Rəsulzadə ideyalarına sadiq qalan Hafiz Hacıyevə dəstək olurlar. Rəsulzadə, Elçibəy yolu ilə yanaşı biz Heydər Əliyevi də qeyd etməliyik. İsa Qəmbər Sürət Hüseynovla separat danışıqlara gedərək dövlətçiliyi məhv etmək istəyirdilər. Amma Heydər Əliyev buna imkan verməyərək bu günki Azərbaycanın əsasını qoydu. Mənim qardaşım İlham Əliyev də onun yolunu bütün çətinliklərə baxmayaraq uğurla davam etdirir. Biz Müasir Müsavat Partiyası olaraq bu yolda sona qədər addımlayacağıq, yeri gəlsə bu yolda qurban getməyə də hazırıq.”

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR