Bələdiyyə sədri “Prado”suyla qəzaya düşdü - FOTO

img

26-05-2017 [14:46]


Bərdə rayonunda sərxoş sürücü qəza törədib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu kücəsində qeydə alınıb.

Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Sadiq Vaqif oğlu Xəlilovun idarə etdiyi "Toyota - Prado" markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "VAZ-2107"-nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub.

Qeyd edək ki, "Toyota - Prado" markalı avtomobilin sürücüsü S.Xəlilov Bərdə Şəhər Bələdiyyəsinin sədridir.

Faktla bağlı araşdırmalara başlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR