AXCP sədrinin müavini qaçaqmalçılıqda ittiham olunur - Sərhəd Xidmətindən rəsmi açıqlama

img

26-05-2017 [14:35]


Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının Azərbaycan-Gürcüstan sərhəddində saxlanılmasına rəsmi aydınlıq gətirilib.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti xüsusi açıqlama yayıb.

Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

"25 may 2017-ci il tarixdə  saat 22 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanmışdır.

İlkin araşdırmalarla G.Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub