“İcra hakimiyyəti mənə çadır qurdu” – Lənkəran sakinindən şikayət (FOTOLAR)

img

26-05-2017 [10:46]


Evi qəzalı vəziyyətdə olan Lənkəran rayon Osaküçə sakini Quliyeva Gülşən Ağamirzə evinin qəzal vəziyyətdə olduğunu yazır.

O, Unikal.org-a göndərdiyi şikayətində qeyd edir ki, evinin qəzalı vəziyyətdə olması ilə bağlı Lənkəran İcra Hakimiyyətinə müraciət edib: " Yoldaşım ağır yataq xəstəsidir. Özüm işsizəm. Evim qəzalı vəziyyətdədir. Bununla bağlı Lənkəranın icra başçısına müraciət etdim. Evimin yanında bizə çadır qurdular. O da qışda qarın altında qalaraq yararsız vəziyyətə düşdü. Növbəti dəfə etdiyim müraciətə cavab vermirlər. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Xahiş edirik bizə kömək etsinlər”.







Digər xəbərlər
SON XƏBƏRLƏR