Stoltenberqdən dünyaya mesaj, Trampdan yenə fərqli çıxış… – NATO-nun yeni binasının açılışı (VİDEO)

img

26-05-2017 [00:12]


Belçikanın paytaxtı Brüsseldə NATO sammiti çərçivəsində yeni qərargahın açılışı olub.

Əsas binanın önündə Nyu Yorkda 11 sentyabr 2001-ci ildə terror aktı nəticəsində həlak olanların xatirəsinə abidə ucaldılıb, eyi zamanda, Berlin divarının hissəsi nümayiş olunub.

Açılış mərasimində çıxış edən İttifaqın Baş katibi Yens Stoltenberq Brüssel sammitinin birgə gələcəyi planlaşdırmaq və ümumi tarixi xatırlamaq baxımından önəmli olduğunu bildirib:

"Berlin divarı - keçmişin simvoludur. O, Avropanı doğramaq üçün tikilmişdi. NATO müttəfiqləri birləşdilər, azadlığı, demokratiyanı üstün tutdular. Bu binaya daxil olan hər kəs monumentin yanından keçəcək və azadlığın məğlubedilməz olduğunu xatırlayacaq".

Almaniya kansleri Angela Merkel də öz növbəsində bildirib ki, Almaniya heç vaxt NATO-nun birləşmə yolunda rolunu unutmayacaq və Alyansın ümumi işinə öz töhfəsini verməyə davam edəcək.

ABŞ Prezidenti Donald Tramp isə xatirə komplekslərinin açılışında iştirak edib: "Çox ölkələr Alyansa ödənişlər etmir, ancaq etməlidir. Bu, ABŞ və başqa vergi verən ölkələrə haqsızlıqdır".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan da NATO qərargahının yeni binasının açılış mərasimində iştirak edib/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR