Prezident İlham Əliyev tələbə təqaüdləri haqda sərəncam verdi - Qanuna dəyişiklik

img

25-05-2017 [19:29]


Bu gün Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərəncam verib.

Mia.az xəbər verir ki, bununla bağlı imzalanan sərəncama əsasən,  "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 988; 2015, № 11, maddə 1339; 2016, № 1, maddə 134) aşağıdakı dəyişikliklər edilib:

1. Adında "artırılması” sözündən sonra ", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi” sözləri əlavə edilsin.

2. 1-ci hissədə "artırılaraq” sözündən sonra ", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlər” sözləri əlavə edilsin.

3. 1.2-ci bənddə "müəssisələrində” sözündən sonra "və Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin.

4. 1-1-ci və 2-ci hissələrdə "müəssisələrində” sözündən sonra ", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri əlavə edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR