Facebook vasitəsilə ilk vətəndaş müraciətlərinin cavablandırılmasından 4 il ötdü

img

25-05-2017 [13:12]


2013-cü ilin mayın 24-də sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov tərəfindən Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə vətəndaşlar tərəfindən ünvanlanan müraciətlər cavablandırılıb. 

O vaxtı qeydə alınmış ümumilikdə 70-ə yaxın artıq müraciətin cavablandırılması zamanı onların bir qisminin sorğu xarakterli olmaları səbəbindən həmin müraciətlərin müəlliflərinə izahat məzmunlu cavablar göndərilmişdi. Digər bir sıra müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılması və nəticədən asılı olaraq müvafiq tədbirlər görülməsi barədə aidiyyati struktur bölmələrinə tapşırıq verilib və bu barədə müraciət müəllifləri məlumatlandırılımışdı.

Qeyd olunan tədbir ilə bağlı müraciətlərin qəbul ediləcəyi barədə əvvəlcədən KİV-də məlumatlar yerləşdirilib. İki gün ərzində bu xəbər təkcə Nazirliyin rəsmi facebook səhifəsi üzrə ümumilikdə 10 500-dən çox izləyici tərəfindən oxunub, belə tədbirin təşkili 4200-dək izləyici tərəfindən bəyənilib, habelə 90-a yaxın təşəkkür mesajı qeydə alınmışdı.

Sosial şəbəkə vasitəsilə vətəndaş müraciətlərinin qəbul olunaraq cavablandırılması bu sahədə ilk addım olmaqla, vətəndaşların nazirliyə, habelə nazirliyin rəhbər şəxslərinə müraciət imkanlarının genişləndirilməsi istiqamətində görülən uğurlulayihələrdən biri idi.

Qeyd edək ki, yuxarıda adı çəkilən layihənin müəllifi hazırda Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri, 2013-cü ildə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlqələr şöbəsinin müdiri vəzifəsində çalışmış İlham Məmmədov olmuşdur.





Digər xəbərlər
SON XƏBƏRLƏR