Rail Rzayevin köməkçisi azadlığa buraxıldı

img

25-05-2017 [12:15]


Ali Məhkəmədə müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin köməkçisi Aydın Rəfiyevin işi üzrə prokurorluğun verdiyi kasasiya şikayətinə baxılıb.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Aydın Rəfiyev və Anar Haşımov Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlamaqda ittiham ediliblər. A.Rəfiyev 9 il, A.Haşımov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

A.Rəfiyev 2016-cı ildə vaxtından əvvəl azadlığa buraxılması üçün Qaradağ rayon məhkəməsinə müraciət edib və məhkəmə vəsatəti təmin edərək A.Rəfiyevi azadlığa buraxıb.

Prokurorun apellyasiya prostestini Bakı Apellyasiya Məhkəməsi təmin etmədiyi üçün qərardan kassasiya şikayəti verilib. Ali Məhkəmənin hakimi Əli Seyfəliyev də qərarı qüvvədə saxlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR