Valyuta məntəqələri haqda yenilik - Prezident qanunu təsdiq etdi

img

24-05-2017 [23:54]


Bu gün Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında” Qanununda dəyişikliyi təsdiq edib.

Mia.az xəbər verir ki, bununla da "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775) aşağıdakı dəyişikliklər edilib:

1. 9.2-ci maddənin birinci cümləsində "verir” sözü "tərtib edir” sözləri ilə əvəz edilsin.

2. 9.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

3. 12.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə "Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur.”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub