Biləcəri bələdiyyəsi sədri qəsəbə gəncləri ilə görüşdü - Fotolar

img

24-05-2017 [16:25]


Biləcəri bələdiyyəsi, İctimai-humanitar sektorunun təşəbbüsü və təşkilatçılığı ilə Bələdiyyənin inzibati binasında Biləcəri bələdiyyəsi sədrinin qəsəbə gəncləri ilə görüşü təşkil edilib.

Görüşdə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, İcraçı katib Leyla Mədətova, İctimai – humanitar sektorunun rəhbəri Sevinc İlyasova və qəsəbə sakinləri olan gənclər iştirak etmişlər. Bələdiyyənin sədri Hikmət Quliyev çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq dövlətin gənclər siyasəti həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Rəhbərin gənclərə göstərdiyi qayğı və diqqət eyni zamanda siyasət istiqamətlərindən biri kimi gənclər siyasəti olub. Ulu öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyil ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.

Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasətini onun layiqli davamçısı olan dövlət başçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Prezident cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, son illərdə gənclərimizin müxtəlif sahələrdə qazandığı uğurlardan danışılıb. Gənclərin ölkənin ictimai-siyasi həyatında həmişə fəal iştirak etdiklərini diqqətə çatdırılıb.

Gənclərdən Həmidli Lalə, Yusifov Kənan, Abbasov Əmir, Əliyev Əsəd, Qurbanlı Sevinc, Əsədli İsmayıl və digər gənclər öz fikir və rəylərini bölüşərək, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə öz təşəkkürlərini bildiriblər.

Bələdiyyənin sədri Hikmət Quliyev görüşün sonunda gənclərə tövsiyə edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətlərində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün daim həmrəy olmalıdırlar.

Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.

Gənclərlə görüş xoş əhval-ruhiyə ilə başa çatıbdır.

Binəqədi Rayon Biləcəri Bələdiyyəsi adlı şəxsin şəkli.
Binəqədi Rayon Biləcəri Bələdiyyəsi adlı şəxsin şəkli.
Binəqədi Rayon Biləcəri Bələdiyyəsi adlı şəxsin şəkli.
Binəqədi Rayon Biləcəri Bələdiyyəsi adlı şəxsin şəkli.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR