Sumqayıtda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilir - FOTO

img

23-05-2017 [16:31]


Sumqayıtda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB tərəfindən icra olunan "Insan alverinin potensial qurbanlarının maarifləndirilməsi və onlara sosial xidmətlərin təşkili, insan alverinin qurbanlarının sosail reablitasıyasına yardım göstərilməsi,insan alveri sahəsində çalışacaq mütəxəssislərin hazırlanması” layihəsi çərçivəsində təqdimatı keçirilib. 

 Layihənin təqdimatında hüquqşunaslar,psixoloqlar, QHT nümayəndələri, KİV nümayəndələri olmaqla 18 nəfər iştirak edib. Təqdimatı giriş sözü ilə layihə rəhbəri Zenfira Mustafayeva açaraq, layihənin əsas məqsədi və vəzifələri barədə məruzə etmiş. Layihə çərçivəsində nəzərdə tutulmuş xidmətlər, layihə benefisiarlarının əsasən kimlər olacağı, layihənin əhatə edəcəyi çoğrafi zonalar barədə təqdimat iştirakçılarına geniş məlumat vermişdir. Layihənin rəhbəri Zenfira xanım həmçinin layihədə çərçivəsində nəzərdə tutulmuş tədbirlər planından danışmış, keçirilməsi nəzərdə tutulmuş insan alveri, insan alveri ilə mübarizə sahəsində çalışacaq mütəxəssislərin potensiallarının artırılması mövzularını əhatə edəcək təlimlərdə əsasən psixoloqların, hüquqşunasların, KİV nümayəndələrinin, bu sahədə çalışan QHT və Dövlət orqanı nümayəndələri üçün təşkil olunacağını vurğulamışdır.

Layihədə hüquqşunas qismində çalışan Ruslan Mustafazadə ötən illərki layihələrdə mövcud olan problemlər və bu problemlərin həlli yolları barədə iştirakçılar ilə fikrini bölüşmüş, layihə çərçivəsində benefsiarların müraciətlərinin əsasən hansı mövzuları əhatə etdiyi barədə geniş danışmışdır. Həmiçinin layihənin uğurlu nəticələr əldə etməsi üçün hansı işlərin görüləcəyi barədə iştirakçılar ilə fikir mübadiləsi aparılmışdır. Layihə barədə İcra Hakimiyyətinə məlumat verilmiş və İcra nümayəndəsi ilə görüş keçirilmişdir.Layihə çərçivəsində uğurlu nəticələr almaq üçün İcra nüməndəsi öz tövsiyyələrini vermiş və köməkliyini əsirgəməyəcəyini bilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR