Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı - SİYAHI

img

22-05-2017 [19:00]


Prezident İlham Əliyev İbrahim Quliyevin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə İbrahim Said oğlu Quliyev "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edəki, İ.Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktorudur. O, 23.05.1947-ci ildə Qırğızıstan Respublikası, Bazar-Kurqan kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), geoloji-kəşfiyyat fakültəsini bitirib, elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru. elmi rütbəsi isə professordur.

*** 

Prezident İlham Əliyev xalq artisti Firəngiz Əlizadə ilə bağlı sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncamlaAzərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Firəngiz Əliağaqızı Əlizadə "Şərəf” ordeni ilə təltif edilib.

*** 

Prezident İlham Əliyev Fatma Səttarovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamda qeyd olunur:
Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.



Digər xəbərlər
SON XƏBƏRLƏR