“O “Green Card” nə kartdır ki?" - Elarizdən yayılan xəbərə reaksiya

img

22-05-2017 [15:21]


Müğənni Elariz Məmmədoğlunun "Green Card” qazanması ictimaiyyətdə böyük marağa səbəb olub. Kifayət qədər yaşayış imkanlarına sahib olan müğənninin öz ölkəsini hansı səbəbdən tərk etmək istəməsi suallar doğurub.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı musavat.com-un əməkdaşı müğənni ilə əlaqə saxlayıb.

Elariz Məmmədoğlu məsələdən xəbərsiz olduğunu, ümumiyyətlə "Green Card” haqda anlayışı olmadığını bildirdi: "O "Green Card” nə kartdır ki? Əgər mən o kartı alsam, indi Amerikanın hansı ölkəsində yaşaya bilərəm? Mən ümumiyyətlə, Hindistanı xoşlayıram, orada yaşamaq istəyirəm. Gedib bir-iki məşhur şəhərini gəzmək istəyirəm. Kart almaq üçün müraciət etməmişəm və heç xəbərim yoxdur. Bu ad təkcə məndə deyil. Əgər əvvəllər təkcə məndə isə, indi çox adamın adı Elariz Məmmədoğludur”.

Müğənni başqa ölkəyə köçmək istəmədiyini də bildirdi: "Başqa ölkəyə köçmək fikrim yoxdur. Amma rayonlarımızdan Qəbələdə yaşamaq istəyərəm, çünki ora çox səfalı yerdir”.

Qeyd edək ki, qafqazinfo.az saytı məlumat yayaraq bildirib ki, bu il Azərbaycanın 224 vətəndaşı "Green Card” sahibi olub. Onlar arasında keçmiş "Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var. Bu iki məşhurun adları Azərbaycandan "Green Card” udanların tam siyahısında yer alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR