DMDTİB növbəti təlimini keçirdi

img

21-05-2017 [19:05]


Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi (DMDTİB) Bakı şəhəri, Xətai rayonu, Zakir Əhmədov adına 64 saylı tam orta məktəbdə "Yeniyetmə gənclərdə sağlam həyat tərzinin formalaşdırılmasında ictimai fəallığın artırılması” mövzusunda növbəti təlimini keçirdi. 

Təlim şagirdlərə ictimai birliyin bu günə kimi gördüyü işlərlə bağlı hazırlanmış videoçarxın nümayişi ilə başladı. Uşaqların salamlanması ilə start verilən təlimdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Çıxış üçün söz alan ictimai birliyin sədri Əli Cəfərov məktəblərdə bu cür səmərili işin təşkilinə sərait yaratdığına görə Azərbaycan Respubilkası Prezdenti yanında QHT Dövlət Dəstəyi Surasının sədri, millət vəkli Azay Quliyevə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə xususi təsəkkürünü bildirdi. İB sədri əlavə olaraq qeyd etdi ki, bizim əsas məqsədimiz təlim iştirakçılarını yeniyetmələrə sağlam həyat tərzini təbliğ edən təbliğatçıya çevirməkdir. "Biz artıq üçüncü təlimdir ki, bir yerdəyik və uğurlarımız göz önündədir. Artıq sizlər mövzunun mahiyyətini basa düsür və fikirlərinizi sərbəst ifadə edə bilirsiniz. Bizim əsas məqsədimiz yeniyetmə gənclər arasında sağlam həyat tərzini təbliğ etməklə yanaşı, məhz sizləri sağlam həyat tərzinin təbliğatçısına çevirməkdir” – deyə qeyd edən Ə.Cəfərov sonra layihənin məqsədinin detallarına toxunaraq əlavə etdi ki, "əsas hədəflərimiz gəncləri pis vərdişlərdən qorumaqdır. Piş vərdişlər fərdin və xalqın təkcə fiziki sağlamlığını əlindən almır, eyni zamanda insanların zəkasına, təfəkkürünə, əqidəsinə və əxlaqına mənfi təsir göstərir. Piş vərdislərin daşıyıcısı olan fərd nəfsin və tamahın müti quludur”. Sonra söz təlimçiyə verildi. Təlimçi bildirdi ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində sinifdənxaric işlərin rolu əvəzolunmazdır. Sinifdənxaric işlər düzgün təşkil edildikdə şagirdlərdə əxlaqi dəyərlər formalaşır və onların dünyagörüşləri artır: - Ona görə də istəyirik ki, bizim yeniyetmələr hər şeydən öncə doğru danışmaq vərdişlərinə yiyələnsinlər. Verdikləri sözə əməl etməyi prinsip olaraq qəbul etsinlər. Milli-mənəvi, əxlaqi dəyərlərimizə söykənərək "əmanətə xəyanət” edilməməsi, gözlərin haramdan çəkilməsi vərdişlərini ehtivaetsinlər. Daha sonra təlimçi əvvəlki təlimlərdə keçirilmiş mövzu ilə əlaqədər sagirdlərin mövzunu necə mənimsəmələrini dəqiqləşdirmək məqsədilə dinləyici yeniyetmələrə mövzu ilə əlaqədar suallar verdi. "Təbiəti niyə qorumalıyıq?”, "Sanitar-gigeynik qaydalara niyə əməl etməliyik?”, "Özünəxidmət qaydalarını kim sadalaya bilər?”, "Sağlam həyat tərzi nədir?” – kimi suallara cavab zamanı fəallıq göstərən şagirdlər təlimin tam mənası ilə mənimsənildiyini dolğun cavabları ilə təsdiq etdilər. Sonra təlimçi şagirdləri təbiət, oksigen, meşə, ekoloqlar qrupuna bölüdü. Qrup işində məqsəd şagirdlərin fikirlərini sərbəst ifadə etmələrini, iderlik qabiliyyətlərinin hansı mərhələdə olmalarını və s. üzə çıxarmaq idi. Təlim işi zamanı təlimçi şagirdləri davranış qaydaları haqqında da məlumatlandırdı. Şagirdlərə sağlam həyat tərzinin formalaşmasında ekologiyanın, düzgün qidalanmanın, sağlam həyat tərzinin xüsusi önəmindən bəhs edilərək, öncədən hazırlanmış videoslaydlar təqdim olundu. Hazırlanmış videoslaydlar izləndikdən sonra şagirdlərlər nümayiş edilən sujetlərlə bağlı müzakirələr təşkil etdilər. Təlim prosesi zamanı şagirdlərə bir daha təlqin edildi ki, sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillər xüsusilə gündəlik normal iş rejimi, səmərəli qidalanma, idmanla məqsədyönlü məşğul olma və s-dir. Mövzu ilə əlaqədar aparılan müzakirələrdə şagirdlərdən Aysel, Fəridə , Nuridə ,Aytac, Ramiz Fərid, İlhamə, Fidan daha fəal iştirak etdilər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR