Bakı-Qazax yolunda dəhşətli qəza: 5 tələbə öldü - FOTO

img

20-05-2017 [18:17]


Hacıqabul rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərdən hamısının kimliyi məlum olub.

APA-nın məlumatına görə, onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.

Qəzada həyatını itirənlərin hamısı İmişli rayon sakinləridir.

***


Hundai" markalı 90-LD-773 dövlət nömrə nişanlı minik avtomobilinin yolun kənarına aşması nəticəsində ölənlərdən birinin adı məlum olub. 

Həmin şəxs avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Əmraslanlı Amraslan Müşfiq oğludur. Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir. 

Ölənlərin meyitləri Şirvan şəhərindəki məhkəmə tibbi-ekspertizaya aparılıb. Ölənlərin İmişli rayon sakinləri olduğu bildirilir. Ölən sərnişinlərin hamısı tələbədir.

****

15.45

Bakı-Qazax yolunda ağır avtomobil qəzası baş verib. 

Mia.az "Report"a istinadən xəbər verir ki, hadisə saat 15:00 radələrində Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib. Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində ilkin məlumatlara görə, 5 nəfər ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR