Şriftin ölçüsü / 172 dəfə oxunub

Azərbaycanın İslamiadada 51-ci qızıl medalı qazandı

18 May 2017 [17:33]

Mayın 18-də Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında ilk qızıl medalını qazanıb.

İslamiadada 60 kiloqram çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev həlledici görüşdə iraqlı Ammar Karbalai ilə qarşılaşıb. Görüşdə 5:0 hesabı ilə qalib gələn boksçumuz "Bakı-2017”nin çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Bu çəki dərəcəsində bürünc medallara türkmənistanlı Hursad İmankuliyev və Qazaxıstan təmsilçisi Sultan Zaurbəy layiq görülüblər.




SON XƏBƏRLƏR