Sumqayıt sakinləri toyuq sexlərindən şikayətçidir - VİDEO

img

17-05-2017 [23:03]


Sumqayıtda çirkab suları açıq şəkildə əraziyə axıdılır. Üfunət iyindən isə yaxınlıqda yaşayanlar narahat olur.

Mia.az "Xəzər TV”yə istinadən xəbər verir ki, şəhərin 76-cı məhəlləsində fəaliyyət göstərən toyuq sexi bu ərazidə yaşıyanların narazılığına səbəb olub. Sakinlər ərazidəki pis qoxudan və natəmizlikdən şikayətlənirlər. Onlar deyir ki, Maksud Əlizadəyə məxsus quş sexindən toyuq kəsimi zamanı qanla dolu çırkab su evlərə yaxın axdıgından iydən mənzillərdə oturmaq olmur.

Sahibkar Maksud Əlizadə isə bildirir ki, orada tək onun sexi yox, başqa müəssisələr də fəaliyyət göstərir. Məsələ köklü şəkildə öz həllini tapmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 Saylı ərazi Ekologiya şöbəsindən bildirilib ki, sakinlərin narazılığı araşdırılıb və yaxın günlərdə buna hüquqi qiymət veriləcək.




Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub