Döv­lət Ko­mi­tə­si bo­şan­ma­la­rın Azər­bay­can üçün xa­rak­te­rik olan bir sə­bə­bi­ni də ta­pıb...

img

17-05-2017 [12:47]


Bu gün cə­miy­yə­ti­miz­də ak­tu­al mə­sə­lə­yə çev­ri­lən prob­lem­lər­dən bi­ri də bo­şan­ma­lar­dır. Çün­ki son il­lər bo­şan­ma­la­rın sa­yı ay­ba­ay ar­tır. Sta­tis­tik rə­qəm­lər də bo­şan­ma­la­rın art­dı­ğı­nı təs­diq edir. Hə­lə rəs­mi ni­kah­da ol­ma­yıb ay­rı­lan cüt­lük­lə­rin sa­yı isə bəl­li de­yil. Bo­şan­ma­la­rın art­ma­sı­na müx­tə­lif amil­lər tə­sir gös­tə­rir. So­si­al-iq­ti­sa­di çə­tin­lik, zo­ra­kı­lıq, son­suz­luq, tə­rəf­lə­rin bir-bi­ri­ni ba­şa düş­mə­mə­si və di­gər sə­bəb­lər gös­tə­ri­lir.

Ai­lə, Qa­dın və Uşaq Prob­lem­lə­ri üz­rə Döv­lət Ko­mi­tə­si­nin İn­for­ma­si­ya və ana­li­tik araş­dır­ma­lar şö­bə­si­nin mü­di­ri El­gün Sə­fə­rov me­dia­ya açıq­la­ma­sın­da bil­di­rib ki, bu gün Azər­bay­can­da bo­şan­ma­la­rın əsas sə­bə­bi ai­lə­da­xi­li məi­şət zo­ra­kı­lı­ğı hal­la­rı­nın çox ol­ma­sı­dır: "Ai­lə­lər­də qa­dın­lar zo­ra­kı­lıq hal­la­rı­na döz­mək is­tə­mir və öz hü­quq­la­rın­dan is­ti­fa­də edir. Ai­lə­də iq­ti­sa­di və­ziy­yə­tin də­yiş­mə­si də bo­şan­ma­ya sə­bəb ola bi­lir. Hət­ta ai­lə üzv­lə­rin­dən bi­ri­nin işi­ni itir­mə­si də bir­ba­şa ai­lə­yə tə­sir gös­tə­rir".

Eks­pert­lə­rin də fik­rin­cə, bo­şan­ma­la­rın art­ma­sı­nın əsas sə­bəb­lə­rin­dən bi­ri məhz ai­lə­da­xi­li məi­şət zo­ra­kı­lı­ğı­nın art­ma­sı­dır.

Psi­xo­loq Kö­nül Va­qif­qı­zı "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, bo­şan­ma­nın sə­bə­bi ar­va­dın və ya­xud ərin pis ol­ma­sı, yo­la get­mə­mə­si, xa­rak­ter­lə­ri­nin uy­ğun gəl­mə­mə­si de­yil, mə­su­liy­yət da­şı­ya bil­mə­mə­si­dir: "Cüt­lük­lər da­şı­dı­ğı yü­kün cid­di­li­yi­nin fər­qi­nə var­ma­yıb ai­lə qu­rur və son­da ai­lə­lər­də an­la­şıl­maz­lıq ya­ra­nır. Bu an­la­şıl­maz­lı­ğın so­nu ai­lə­da­xi­li zo­ra­kı­lıq­la bi­tir. Həm­çi­nin, onu da de­yim ki, uşaq­lı ai­lə­nin mə­su­liy­yə­ti də çox olur. Uşaq­la­rın dün­ya­ya gəl­mə­si, on­la­rı ye­diz­dir­mək, ge­yin­dir­mək, on­la­ra öz xa­rak­te­ri­nə uy­ğun tər­bi­yə ver­mək üçün çox zəh­mət çək­mək tə­ləb olu­nur. Tə­rəf­lər ye­ni öh­də­lik­lə­ri ilə ba­ca­ra bil­mə­dik­lə­ri­ni gör­dük­də bo­şan­ma­ğı ye­ga­nə çı­xış yo­lu ki­mi gö­rür. Am­ma is­tə­sə­lər, ba­ca­ra bi­lər­lər. Tə­əs­süf ki, on­la­rın for­ma­laş­ma­sı­nın əsa­sın­da "uşaq­la­rın, hə­yat yol­da­şı­mın mə­su­liy­yə­ti­ni çək­mə­li­yəm" fik­ri yox­dur. Mə­su­liy­yət his­si ol­ma­dı­ğı üçün ək­sər uşaq­lı ai­lə­lər bo­şa­nır".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, heç bir ni­kah bo­şan­maq məq­sə­di­lə qu­rul­mur: "Qa­dın və ya ki­şi­nin ai­lə qu­rar­kən əsas məq­sə­di xoş­bəxt ol­maq­dır. Am­ma bə­zən ai­lə­da­xi­li mü­na­qi­şə­lər, mad­di prob­lem­lər, spirt­li iç­ki­lə­rə alu­də­çi­li­yin tə­si­ri ilə ai­lə­də sı­xın­tı­lar mü­şa­hi­də olu­nur və bo­şan­ma­ya gə­ti­rib çı­xa­rır. Əv­vəl­lər bo­şan­ma cə­miy­yə­ti­miz­də çox pis qar­şı­la­nır­dı­sa, ha­zır­da bu­na mü­na­si­bət bir qə­dər də­yi­şib. Bo­şan­ma ha­di­sə­lə­ri ilə bağ­lı in­san­lar ara­sın­da fərq­li dü­şün­cə­lər mü­şa­hi­də olu­nur. Bə­zi in­san­lar bo­şan­ma ha­di­sə­si­ni çox nor­mal qar­şı­la­sa da, bə­zi­lə­ri bu­na yax­şı bax­mır. Bo­şan­ma­nın sə­bəb­lə­rin­dən bi­ri ni­kah­dan qa­baq tə­rəf­daş­la­rın hər bi­ri­nin öz part­nyo­ru qar­şı­sın­da, bi­lə­rək­dən və ya bil­mə­yə­rək­dən, özü­nün ən yax­şı mə­ni­ni se­çil­miş şə­kil­də nü­ma­yiş et­dir­mə­si­dir. Ni­kah­dan son­ra on­la­rın hər bi­ri­nin əsl mə­ni üzə çı­xır. O za­man on­lar şok ya­şa­yır. Bu da mü­na­si­bət­lə­rin po­zul­ma­sı ilə nə­ti­cə­lə­nir".



Digər xəbərlər
SON XƏBƏRLƏR