Şriftin ölçüsü / 87 dəfə oxunub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - 35 nıəfər təxliyyə olunub

17 May 2017 [10:30]

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Mia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

 Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



SON XƏBƏRLƏR