İranın vitse-prezidenti namizədliyini geri götürdü - Seçki yarışı

img

16-05-2017 [22:52]


İranda növbəti namizəd prezident postu uğrunda mübarizəni dayandırıb.
 
İran prezidentin birinci müavini İshaq Cahangiri  prezident Həsən Ruhaninin xeyrinə namizədliyini geri götürdüyünü açıqlayıb.
 
Qeyd edək ki,  ötən gün prezident H.Ruhaninin əsas rəqiblərindən Məhəmməd Baqir Qalibaf  İslam İnqilabı Qüvvələri Cəbhəsindən prezidentliyə namizədliyini irəli sürmüş İbrahim Rəisinin xeyrinə geri götürdüyünü elan edib.   
Xatırladaq ki, İranda növbəti prezident seçkiləri  cümə günü keçiriləcək.  İranın Seçkilər Təşkilatının  açıqlamasına görə, ölkə vətəndaşlarının 56 milyon 410 nəfəri səsvermə hüququna malikdir. Prezident seçkiləri 62 min səsvermə məntəqəsində baş tutacaq.   

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR